Ölkə

Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ili başladı - VİDEO - FOTO

30 Yanvar 2024 09:44
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar arzulayıblar.

Sonra tribuna önündən təntənəli keçid olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.