Ölkə

AŞPA-nın Ukraynadan olan üzvü: "Assambleyanın Azərbaycanla bağlı qərarına təəssüf edirəm"

27 Yanvar 2024 21:07
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı belə qərar qəbul etməsinə çox təəssüflənirəm".

Milli.Az xəbər verir ki, bunu report.az-a açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı, AŞPA üzvü Yuri Kamelçuk bildirib.

"Əminəm ki, bu məsələni daha ətraflı nəzərdən keçirsək, başqa nəticə verə bilər. Rusiya və Azərbaycanla olan vəziyyəti müqayisə ediləsi deyil. Axı Azərbaycan ərazisi işğaldan azad edilib. Rusiya isə Ukraynaya hücum edib. Ümid edirəm ki, tezliklə Azərbaycan Strasburqa haqq etdiyi işinə qayıdacaq. Ukrayna, vətəndaşlarımıza dəstəyinə və hərbçilərin reabilitasiyası ilə bağlı köməyə görə Azərbaycana minnətdardır. Avropa Azərbaycanın hunanist bir ölkə olduğunu görməlidir", - Y.Kamelçuk əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.