Ölkə

Lənkəranda Sukanal İdarəsinin həyətini su basıb

25 Yanvar 2024 15:19
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərsu" ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətini su basıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb. 

Bildirilir ki, ərazi rayonun Zərifə Əliyeva küçəsində yerləşir. İddiaya əsasən, hər tərəf su olduğundan idarənin binasının həyətinə girmək mümkün deyil.

Problemlə əlaqədar "Azərsu" ASC ilə əlaqə saxlanılıb. Qurumdan bildirildi ki, həmin ərazidə yığılan sular qar suyudur: "Lənkəranda kanalizasiya xətti yoxdur. Həmin sular qar sularıdır. Bir neçə gündür rayona güclü qar yağdığından yağıntılar subasma halları yaradıb". 
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.