Ölkə

Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var - Yılmaz

10 Yanvar 2024 01:13
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan Vətən müharibəsinin bir qrup iştirakçısı yanvarın 9-da Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Türkiyə Respublikası Prezidenti Administrasiyasında keçirilən görüşdə vitse-prezident Cövdət Yılmaz 30 ilə yaxındır işğalda olan torpaqların azad olunması münasibətilə Azərbaycanın Vətən müharibəsi iştirakçılarını təbrik edib, son antiterror əməliyyatlarının da bu Zəfəri möhkəmləndirdiyini vurğulayıb.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə öz təəssüratını bölüşüb. Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkəmizə geniş heyətlə səfər edəcəklərini bildirib.

Vitse-prezident Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlərin olduğunu deyib:

"Azərbaycan ilə Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindəndir. Azərbaycanın Qarabağdakı Qələbəsi TDT-nin bugünkü inkişafına böyük töhfələr verib".

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi, ölkəmizin hərbi attaşesi və qardaş ölkənin hərbyönümlü dərnəklərinin rəhbərləri də iştirak ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.