Ölkə

2026-cı ilə qədər 50 faiz uşaq məkətəbəqədər təhsilə cəlb ediləcək - Nazir

11 Dekabr 2023 12:31
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2026-cı ilə qədər 50 faiz uşaq məkətəbəqədər təhsilə cəlb ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu zamana qədər heç vaxt uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 50 faizə çatmayıb.

"Bağçalara yalnızca harasa getmək üçün uşaqları qoyduğumuz yer kimi baxmamalıyıq. Ora məktəbəqədər təhsil müəssisədir. Uşağa başqa insanda sevgi və qayğı verə bilər. Lakin o müəssisəsədə təhsil verilir. Bir çox hallarda məktəbəqədər təhsil müəssisələrində işləyənlər magistr pilləsi bitirən şəxslər olur. Həqiqətən bu sahədə işləmək peşəkarlıq tələb edir. Bizim gələcəyimiz məktəbəqədər təhsildən aslıdır. Bu səbəbdən o sahədə təhsilli bacarıqlı şəxslər olmalıdır",- deyə nazir əlavə edib.

Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.