2026-cı ilə qədər 50 faiz uşaq məkətəbəqədər təhsilə cəlb ediləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu zamana qədər heç vaxt uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 50 faizə çatmayıb.
"Bağçalara yalnızca harasa getmək üçün uşaqları qoyduğumuz yer kimi baxmamalıyıq. Ora məktəbəqədər təhsil müəssisədir. Uşağa başqa insanda sevgi və qayğı verə bilər. Lakin o müəssisəsədə təhsil verilir. Bir çox hallarda məktəbəqədər təhsil müəssisələrində işləyənlər magistr pilləsi bitirən şəxslər olur. Həqiqətən bu sahədə işləmək peşəkarlıq tələb edir. Bizim gələcəyimiz məktəbəqədər təhsildən aslıdır. Bu səbəbdən o sahədə təhsilli bacarıqlı şəxslər olmalıdır",- deyə nazir əlavə edib.
Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun