"Növbədənkənar prezident seçkilərini zəruri edən digər amillər var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlham Əliyev 2018-ci ildə, yenidən Prezident seçildikdən sonra xalqımızın, dövlətimizin qarşısında dayanan ən mühüm vəzifənin yerinə yetirilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi və həlledici bir mərhələyə başlanıldı və Azərbaycan Prezidentinin siyasi iradəsi, strateji zəkası, regionda və dünyada baş verə biləcək proseslərin inkişafını öncədən hesablamaq və dəyərləndirmək məharəti nəticəsində tarixi və hüquqi ədalətin bərqərar olması üçün dövlətimizin və xalqımızın bütün potensialı səfərbər olundu.
Milli.Az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, 44 günlük müharibə dövründə, həmin zaman kəsiyinədək Prezident İlham Əliyevin 17 il ərzində Azərbaycan dövlətini və xalqını məhz bu müqəddəs savaşa hazırladığını təxmin etdiyimiz kimi, bugünkü reallıqlar müstəvisindən geriyə baxanda 2018-ci ildən etibarən atılan bütün addımların bizi ərazi bütövlüyümüzün bərpası uğrunda həlledici mərhələyə doğru apardığını görə bilərik.
"İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər, lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan silahlı separatizmin kökünün kəsilməsi və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın tam bərpa edilməsi Cənubi Qafqaz regionu ilə yanaşı, Azərbaycandakı reallıqları da dəyişib. Biz çox önəmli bir mərhələni adlayaraq, Azərbaycan xalqının və dövlətinin qarşısında yeni üfüqlər açan tarixi bir dövrə qədəm qoşmuşuq.
Milli həmrəyliyimiz, dövlətimizin gücü, Ordumuzun misli görünməmiş fədakarlığı, Ali Baş Komandanın mili iradəni ifadə edən qətiyyəti sayəsində ərazimiz bütövləşib və bu baxımdan, Bütöv Azərbaycanda yeni bir siyasi başlanğıca zərurət yaranıb. Prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri ilə bağlı qərarının da, məhz bu zərurətdən doğduğunu düşünürəm.
İstənilən dövlətin ərazi bütövlüyü onun real və tam müstəqilliyi və suverenliyinin ifadəçisidir. Artıq Azərbaycan dövlətinə təsir göstərə biləcək hər hansı bir xarici amil yoxdur və bu faktor, qarşıdakı mərhələdə bir çox istiqamətdə ölkəmizin və xalqımızın rifahı, təhlükəsizliyi və inkişafı üçün mühüm qərarların qəbul edilməsinə, yeni bir siyasi, iqtisadi strateji inkişaf proqramının həyata keçirilməsinə zəmin yaradıb", - deyə o, əlavə edib.
E.Mirzəbəyli bildirib ki, seçkini 2024-cü ilin fevralına təyin edilməsini zəruri edən digər amillər də var və bu amillər də, şübhəsiz ki, ilk növbədə Azərbaycan xalqının mənafeyinə, dövlətimizin milli maraqlarına xidmət edir.
"Seçki kifayət qədər ciddi, məsuliyyətli, insan resurslarının üzərində qurulan bir prosesdir. Seçkinin təşkili prosesi üçün dövlətin inzibati resurslarının da cəlb edildiyini nəzərə alsaq, Prezident seçkilərinin 2024-cü ilin fevralına təyin edilməsi ən doğru zamanlama hesab oluna bilər.
Bütövlükdə isə seçki, dövlət hakimiyyəti orqanlarının Azərbaycan vətəndaşları tərəfindən formalaşdırılması üçün yeganə legitim vasitə olmaqla yanaşı, həm də yeni başlanğıclara körpü salan stimulverici amildir. Prezident seçkiləri həm də milli iradənin təntənəsi, Azərbaycan xalqının vahid mövqeyinin və gələcəyə baxış bucağının ifadəsi üçün vasitədir. Bu seçkilərin çağdaş Azərbaycanın tarixində mühüm rol oynayacağına, qarşıda dayanan milli hədəflərimizə çatmaq üçün yeni bir başlanğıca çevriləcəyinə şübhə etmirəm", - deyə o, əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
XƏBƏR LENTİ
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)





