Ölkə

Bu günlər parklanma ödənişsizdir - RƏSMİ

21 Noyabr 2023 10:13
Baxış: 969

Parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Qeyd olunub ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

"Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir", - deyə məlumatda bildirilib.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics