Ərəb dövlətləri Qəzza məsələsində vahid mövqedən çıxış etmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail və HƏMAS arasında sadəcə qısamüddətli lokal xarakterli atəşkəs yarana bilər.
"İsrailin hərbi əməliyyatları HƏMAS-ın fiziki məhvinə gətirib çıxara bilməz. Çünki HƏMAS artıq bir hərəkatdan daha çox siyasi düşüncəyə çevrilib", - deyə R.Hafizoğlu vurğulayıb.
Siyasi şərhçi onu da qeyd edib ki, hazırda İsrail beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiqlə üz-üzədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun