Ölkə

Bu universitetdə yeni təyinatlar oldu - FOTO

4 Noyabr 2023 12:02
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Könül Abbaslı və Elşad Abdullayev rektorun müşavirləri, Nəsibə Əmirbəyova isə Karyera və məzunlarla iş mərkəzinin müdiri təyin ediliblər.

Qeyd edək ki, Könül Abbaslı pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətini ADA Universitetində davam etdirir.

Elşad Abdullayev 2009 - 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.

Nəsibə Əmirbəyova isə Elm və Təhsil Nazirliyinin SABAH layihəsinin İnşaat mühəndisliyi ixtisasının müəllimi və AzMİU İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.