Ölkə

Xankəndidə bu universitetin açılması təklif edilir

3 Noyabr 2023 12:43
Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Xocalı Azərbaycan mədəniyyətinin ən dərin qatıdır.

"Orada çoxsaylı arxeoloji işlər aparılmalıdır. Qarabağ ərazisində elə furqanlar var ki, onlar öyrənilməli və tədbiq edilməlidir. Bunun üçün də yaxşı tarixçilər yetişdirilməlidir. Bu səbəbdən bütün bunlar üçün gələcəkdə dövlət büdcəsindən lazımi vəsait ayrılsa yaxşı olar", - deyə H.Babaoğlu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.