Ölkə

Universitetlərdə bu sahə üzrə yeni ixtisas açılacaq

1 Noyabr 2023 16:29
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələcəkdə keyfiyyətli kadrlar seçilməsi üçün müvafiq universitetlərlə əməkdaşlıq edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən "Universitet - Sənaye Tərəfdaşlığı" panelində çıxışı zamanı deyib.

"Sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadr potensialının hazırlığına öz töhfəsini versin. Biz artıq bərpaolunan enerji ilə bağlı müzakirələrə başlamışıq. Məhz bu istiqamət üzrə ixtisas açılması ilə Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparırıq", - deyə B.Aslanbəyli bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.

"İnnovasiya ekosisteminin yaradılması", "Universitet - sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.