Ölkə

Xankəndiyə daha bir yanacaqla dolu avtomobil göndərildi

27 Sentyabr 2023 15:13
Baxış: 544

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə növbəti dəfə humanitar yardım göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanacaqla dolu bir avtomobil Xankəndiyə yol düşüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics