Ölkə

Bakıda qadın məhkəmə zalından azadlığa buraxıldı - İnsan alverinə görə tutulmuşdu

25 Sentyabr 2023 12:32
Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan alverində ittiham edilən olunan İradə Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən İradə Şıxıyevaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Şıxıyeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.

İddiaya görə, İradə Şıxıyeva həmin qadınları Azərbaycan hüdudlarından kənarda kişi müştərilərlə pul müqabilində görüşdürüb və maddi gəlir əldə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.