Xankəndiyə göndərilən sülhlə dolu "YÜK"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yevlaxda erməni əhalinin nümayəndələri ilə keçirilən görüş regional sülhün gücləndirilməsi, reinteqrasiyanın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, artıq biz praktiki nəticələr də görürük.
"Azərbaycan humanitar yüklərin göndərilməsini təşkil etdi. Bu yükün məhz Ağdam-Xankəndi yolu ilə göndərilməsi də əlamətdar hadisədir. Bundan öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam- Xankəndi yolu ilə göndərdiyi yüklərin öz mənzilinə çatmasına əngəllər törədilirdi. Azərbaycanın Qarabağda lokal antiterror əməliyyatı keçirməsindən sonra yüklərin Ağdam-Xankəndi yolu ilə göndərilməsi onu deməyə əsas verir ki, separatçılar yüklərin qəbuluna maneə törədirdi, reinteqrasiya prosesinə əngəl olurdular. Bu gün isə çox rahatlıqla reinteqrasiya prosesinin şahidi oluruq. Bu, bir qədər zaman alacaq. İlk növbədə regionun hərbsizləşdirilməsi, silahların yığılıb təhvil verilməsi önəmlidir.
Azərbaycan humanist dəyərlərdən çıxış edərək, məhz yüklərin göndərilməsini təşkil etdi. Bunun da qarşılıqlı anlaşma formasında inkişaf etdirilməsi reinteqrasiya prosesinin sürətlənməsinə yardımçı olacaq", - deyə İ.Hüseynov bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
XƏBƏR LENTİ
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi





