Ölkə

Sürücülərin NƏZƏRİNƏ: Buna görə cərimələnəcəklər - VİDEO

14 Sentyabr 2023 22:52
Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayırlar. Daha sonra isə cərimə olunurlar.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Zaur Nudirəliyev küçəsi, "ASAN xidmət"in yaxınlığında yerləşən ərazidən gedir.

Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər.

Onlar burada avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradırlar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama, hətta hərəkət üçün qadağandır.

Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20  manat məbləğində cərimə olunacaqlar.

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.