Ölkə

Marşrut xətlərinə əlavə 112 avtobus verildi

11 Sentyabr 2023 18:02
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib və marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb.

Milli.Az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.

"Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.