Ölkə

Ermənistanda əsirlikdə olan vətəndaşlarımızın vəziyyəti ilə bağlı işlər davam etdirilir - Ombudsman

2 Sentyabr 2023 14:30
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda əsirlikdə olan Aqşin Bəbirov və Hüseyn Axundovun vəziyyəti ilə bağlı mütəmadi olaraq işlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, həm Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edilir və onların ailələri ilə əlaqə saxlanılır.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Ermənistanda əsir saxlanılan, guya "qətldə ittiham olunan" azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə "azadlıqdan məhrum edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.