Ölkə

Bakıda "Prius" aşdı - Qəza anı - VİDEO - FOTO

25 Avqust 2023 17:20
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, "Toyota Prius" markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə "Prius" aşıb. Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.