Ölkə

Gəncədə Özbəkistan vətəndaşı qəza törətdi - 2 nəfər öldü

6 Avqust 2023 10:40
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan vətəndaşı Tuhktaev Habibjon sərxoş vəziyyətdə idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə avqustun 5-də Gəncə şəhəri Atatürk prospektində idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Milli.Az xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin - 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.