Ölkə

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

20 İyul 2023 22:55
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlcə müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər 22 iyul saat 11:00-dan 25 iyul 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.