Ölkə

Yoluxanların sayı açıqlandı

12 Mart 2023 17:35
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 1 114, hazırkı dövrədək isə 7 541 312 test aparılıb.

Son sutka ərzində 161 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 36 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 49-dur. Pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 6 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 443 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.