Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 41 müntəzəm marşrut xətti üzrə 129 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:
1. Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Bakı-Sumqayıt şosesi hər iki istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-12 dəqiqədir.
3. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 və E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-22 dəqiqə gecikmə müşahidə olunur.
4. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şosesi - Binəqədi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
6. Koroğlu Rəhimov küçəsi - hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.
7. Mikayıl Useyinov prospekti Azneft meydanı istiqamətində E1, 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur.
8. Zabrat şosesi - Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
Milli.Az