Ölkə

Şuşada “ASAN xidmət” açılacaq

26 Fevral 2023 14:36
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın vaxtlarda Şuşada ASAN xidmətin açılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, ilk əvvəl ASAN xidmət Şuşada fəaliyyətə başlayacaq.

"Hazırda Şuşada inşa edilən ASAN xidmət mərkəzi tamamlanmaq üzrədir. Ümumiyyətlə azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq. Ondan sonra isə digər rayonlarımızda fəaliyyətə başlayacaq", - deyə Ü.Mehdiyev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.