Ölkə

Beynəlxaq səyyahlar Laçın yolundakı dinc aksiyanı müşahidə ediblər - FOTO

4 Fevral 2023 12:30
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:30

Beynəlxaq səyahətçilər qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasını müşahidə edib.

Trend-in müxbirinin verdiyi xəbərə görə, səyahətçilər aksiyanın dinc xarakter daşıdığı və Qarabağ İqtisadi rayonunda təbii resursların qanunsuz istismarının dayandırılmasına yönəlməsi barədə məlumatlandırılıb.

--------

12:10

Bu gün beynəlxalq səyahətçilər Şuşa şəhərinə gəliblər.

Trend-in müxbirinin verdiyi xəbərə görə, səyahətçilərin ikinci dayanacağı Qafqazın incisi Şuşa olub.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaq 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, habelə, Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.

Qeyd edək ki, səyahətçilər artıq Xocavənd rayonundakı tarixi abidə olan Azıx mağarasını ziyarət ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.