Vasif Talıbovun daha bir şok qadağası üzə çıxdı - Toyda 2 saatdan artıq oturmaq olmazdı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayıldı. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqəti cəlb etdi.
Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir.
Milli.Az bildirir ki, vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı "Yeni Sabah"a indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub. Həmsöhbətimiz deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən İcra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş.
İcra başçıları qohumlarının, yaxınlarının, tanışlarının toy məclislərinə qatılarkən də bəzi qaydalara əməl etmək məcburiyyətində olublar. Bunlardan ən gülməlisi vaxtla bağlı məhdudiyyət olub. V.Talıbov icra başçılarına hətta ən yaxın qohumlarının toylarında belə 2 saatdan artıq iştirak etməyinə icazə vermirmiş.
Digər bir qadağa isə "nəmər"lə bağlı olub. V.Talıbov icra başçılarına toylara 100 manatdan artıq pul yazdırmağa qadağan edib. O bunu vəzifəli şəxslərin sadə xalqdan seçilməməsi ilə əlaqələndirib.
Ali Məclis sədrinin üçüncü qadağası isə spirtli içkilərlə bağlı olub. Vasif Talıbov icra başçılarına və digər vəzifəli şəxslərə toyda spirtli içki qəbul etməyi qadağan edib.
Həmsöhbətimizin dediyinə görə, Naxçıvan "xan"ı bu tələbə xüsusi olaraq nəzarət edirmiş.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
XƏBƏR LENTİ
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq





