Ölkə

Bakıda "Cavanşir” körpüsü söküləcək? - Rəsmi

23 Yanvar 2023 17:49
Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsünün söküləcəyi açıqlanmışdı.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi.

Bildirilib ki, körpü sökülüb yerində yeni yol çəkiləcək.

4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda körpünün sökülməsi gündəmdə deyil:

"Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.