Ölkə

Saatlıda sürücülük hüququ olmayan sərxoş şəxs ustaları vurub, ölən var

23 Yanvar 2023 09:49
Baxış: 883

Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən ustaları avtomobilə vurub.

Milli.Az xəbər verir ki, Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən ustalar - Saatlı şəhər sakinləri 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.

Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az 

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics