Ölkə

Laçın dəhlizi açıqdır - VİDEOFAKT

19 Dekabr 2022 17:58
Baxış: 2 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Torpaqlarımızda ekoterrora qarşı dinc etiraz aksiyasının keçirildiyi Laçın yolu artıq səkkizinci gündür ki, açıqdır və gediş-gəliş üçün heç bir maneə yoxdur.

Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar ekoloji problemlərlə bağlı şüarlar səsləndirərək, dinc şəkildə aksiyalarını davam etdirirlər.

Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.