Ölkə

Kəlbəcərdə insan sümükləri tapıldı

31 Oktyabr 2022 15:38
Baxış: 1 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb.

Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.

Hazırda araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.