Ölkə

Siqaret qaçaqmalçılığına cəhdin qarşısı alınıb

21 Sentyabr 2022 15:26
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, "DAF" markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib. Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14000 ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.