Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il mayın 30-dan 31-nə keçən gecə Bakının Sabunçu rayonunda 31 yaşlı Türkan Cəbrayılovanın (ad və soyad şərtidir) qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1993-cü il təvəllüdlü Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq 181.3.3 - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndirilib.
İstintaq zamanı məlum olub ki, "Atef" şirkətlər qrupunda anbardar vəzifəsində işləmiş Eynur Türkanla sosial şəbəkə vasitəsilə hadisədən təxminən 6 ay əvvəl tanış olub. Daha əvvəl ailəli olmuş və həyat yoldaşından boşanan qadın Eynurla bir neçə dəfə tək yaşadığı mənzildə görüşüb.
Mayın 30-da onlar növbəti dəfə görüşərkən Eynur Türkanın 14 min manatdan artıq pulunun olduğunu öyrənib. Həmin pulları ələ keçirmək məqsədilə o, qadını öldürmək qərarına gəlib. Gecə saatlarında 31 yaşlı Türkan Ucarda yaşayan bacısı ilə telefonda danışarkən Eynur Əlizadə ona hücum edərək naqillə boğmağa başlayıb.
Məhkəmədə şahid qismində dindirilən mərhum T.Cəbrayılovanın bacısı telefonda onun qışqırıq və xırıltı səsini eşitdiyini deyib: "Bacımla telefonda danışarkən yanından kişi səsinin gəldiyini eşitdim. Türkan ondan koronavirus xəstəsinin küçəyə çıxa bilib-bilməyəcəyini soruşdu. O da "Bəli, koronavirus xəstəsi evdən kənara çıxa bilməz" dedi. Bu zaman anidən telefondan bacımın qışqırıq səsi gəlməyə başladı. Sanki kimsə onu boğurdu. Lakin qısa müddət sonra bacımın səsi kəsildi və xırıltı səsləri gəlməyə başladı. Səsdən anladım ki, bacımın başına nəsə gəlib. Dərhal DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat verdim, daha sonra isə qardaşıma xəbər verdim. Qardaşım dərhal Bakıya getdi və öyrəndik ki, Türkanı öldürüblər".
Məhkəmə prosesində məlum olub ki, E.Əlizadə Türkanı qətlə yetirdikdən dərhal sonra Bakıxanov qəsəbəsindəki evdən 14700 manat pulu və onun telefonunu götürərək çıxıb. Hadisədən sonra Aygün (şərti adlı) adlı sevgilisinə zəng edərək ona kirayə avtomobil götürərək Koroğlu stansiyasının yanına gəlməsini bildirib və taksi ilə həmin qadına 1000 manat göndərib. Aygün "Rent a car"dan avtomobil kirayəyə götürərək həmin yerə gəlib və onlar birlikdə Şamaxı rayonuna istirahətə gediblər. Mayın 31-dən iyunun 2-dək Şamaxıda və İsmayıllıda otellərdə istirahət edən cütlük daha sonra Bakıya qayıdıb. Şamaxıda olarkən Eynur Aygünə 660 manat dəyərində qızıl-zinət əşyaları da hədiyyə alıb.
Bakıya qayıtdıqdan sonra polis Eynurun yerini müəyyən edərək onu saxlayıb və istintaqa təhvil verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may tarixli hökmü ilə Eynur Əlizadə yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinib. Ona 18 il həbs cəzası verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





