Bakıdakı 282 nömrəli məktəbdə nə baş verir? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə, eləcə də bir sıra saytlarda Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllimləri söyməsi, məktəbə bıçaq gətirib hamını hədələməsi, digər şagirdlərə zor tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb. Biz də iddiaları araşdırmaq üçün adı hallanan məktəbə yollandıq.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, övladları həmin məktəbdə təhsil alan valideynlər belə bir məsələ eşitdiklərini və bundan narahat olduqlarını bildiriblər.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayıl İbrahimov dedi ki, adı hallanan uşaq məktəbin 7-ci sinif şagirdidir və sığınacaqdan qəbul edilib, hazırda isə 2 saylı uşaq evində məskunlaşıb.
Çəkiliş zamanı hadisəni törətdiyi iddia olunan şagirdin qardaşı olduğu bildirilən bir nəfər məktəbə gəldi. O, sözügedən məsələylə bağlı direktorla görüşmək istədiyini bildirdi. Yayılan məlumatların şişirdilmiş olduğunu və məsələnin kökündə başqa səbəblərin dayandığını dedi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə bildirdi ki, məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanması məqsədilə araşdırmalara başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də müvafiq araşdırmalara başlayıb. Qurumdan bildirildi ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanır.
"Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür",- deyə açıqlamada qeyd olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
80 yaşında olması inanılmazdır - (Video)
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





