Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz" Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq. İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan "Mercedes-Benz (China) Automotive Sales" və "Beijing Benz Automotive" avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək.
Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər.
Milli.Az