Avto

BMW 335i trekə hazırlandı - FOTO

26 Avqust 2014 19:39
0 Şərh     Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox az adam trek günlərində sürücünü ideal hamar yol örtüyü ilə yalnız avtomobilin gurultulu mühərrikinin ayırdığı yarış treki ilə getmək zövqünü qiymətləndirməyə bilər. 

Milli.Az auto.az-a istinadən bildirir ki, belə təsvir edilməyən hisslərdən zövq almaq üçün bəzi entuziastlar öz mülki avtomobillərini modernləşdirib onlarla şosseyə çıxırlar. Belə avtomobillərdən biri bütünlükdə yarış şosselərinə səmtləşdirilmiş E90 banında sedan "BMW 335i"-dır. 

Kompakt alman sedanını kupe "BMW M3 E92"-dən alınmış yenidən işlənmiş bamperlər, yan ətəklər, yük yerinin qapağında böyük palçıqqoruyucu və M3-dən arxa görünüş güzgüləri ilə təchiz etdilər. 

Hamarlanmış təkər yarımhalqalarına enli şinləri olan yüngül lehimli altımilli Volk Racing diskləri yerləşdiriblər. Ban boz "Porsche GT3 RS Gray" rənginə, bütün xromlaşdırılmış dekor elementləri isə qara rəngə boyanıb. 

Daxildə "BMW Performance" paketindən aksesuarlar quraşdırılıb və burada boruşəkilli təhlükəsizlik karkası, idman üslubunda alkanat oturacaqlar, idman sükanı və karbon dekor elementləri meydana gəlib. 

Texniki tamamlamalar arasında daha sərt aşağı salınmış asılqan, gücləndirilmiş əyləclər və dördborulu qazçıxma əldə etmiş gücləndirilmiş 3,0 litrlik mühərrik görmək olar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.