Avto

Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - Əsas əlamətlər

29 Aprel 2024 11:17
Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Satışa çıxarılan avtomobilin suda qalmasını elektrik kontaktlarında oksidləşmə izləri, müəyyən detallarda texnoloji kağız yapışqanların olmaması və kuzovun gizli boşluqlarında su qalıqları ilə müəyyən etmək mümkündür".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı ekspert Maksim Şelkov məlumat verib.

"İlk növbədə, avtomobilin qoruyucularını yoxlamaq lazımdır. Oksidləşmə zamanı orada ağ və yaşıl çöküntülər yaranır. Həmçinin, birləşdirici elementlərin olduğu gizli boşluqlarda pas izləri yoxlanılmalıdır", - deyə Şelkov qeyd edib.

Mütəxəssis əlavə edib ki, tamamilə təmizlənmiş salonu olan avtomobillər alıcılar tərəfindən ətraflı yoxlanılmalıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.