Avto

Hansı səhvlər avtomobilin sükanının qırılmasına səbəb olar?

11 Aprel 2024 10:41
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin ön hissəsində kənar səslər və sükan çarxının çətin fırlanması sükan mexanizminin tezliklə sıradan çıxacağını göstərə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov məlumat verib.

Onun sözlərinə görə, çox vaxt nasazlıqlara yolsuzluq ərazidə avtomobili diqqətsiz və ehtiyatsız sürmək səbəb olur.

Mütəxəssis bildirib ki, xidmət müddətini uzatmaq və avtomobilin sükan mexanizmində müəyyən nasazlıqların qarşısını almaq üçün avtoservis şəraitində mütəxəssislər tərəfindən əsas komponentlər yoxlanılmalıdır, bu, bəzi problemləri erkən mərhələdə müəyyən etməyə imkan verir.

"Bundan əlavə, mexanizmin lazımi səviyyədə işləməsini təmin etmək üçün istismar mayelərinin səviyyəsini vaxtlı-vaxtında yoxlamalı və onları yeniləri ilə əvəz etməlisiniz. Bütün bunlar gələcəkdə nasazlıqların və bahalı təmirin qarşısını almağa kömək edər", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.