Avto

Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb

13 Mart 2023 10:14
Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan avtomobillərin sayı sürətlə artmaqdadır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda, həmçinin ölkələrin xarici iqtisadi əlaqələrində avtomobil nəqliyyatının rolu danılmazdır, bu nəqliyyat növü perspektivli olmaqla yanaşı, daim inkişaf etməkdədir.

"Dünyada ticarətin və onlayn satışların sürətli inkişafı hər il nəqliyyat xidmətlərinə tələbatı daha da artırır. Eyni zamanda yük avtomobili sürücülərinin sayı bazarın tələblərinə tam ölçüdə cavab vermir. Koronavirus pandemiyası bütün dünyada bu problemi daha da kəskinləşdirib. Məsələn, bu gün Avropa İttifaqı (Aİ) ölkələrində bütün açıq vakansiyaların beşdə biri sürücülərə aiddir", - A.Rzayev deyib.

O həmçinin Azərbaycandakı cari vəziyyəti təhlil etdikdə beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğunu qeyd edib.

"Beləliklə, iki il öncə bu cür nəqliyyat vasitələrinin sayı üç mindən az idi, 2022-ci ildə isə bu göstərici səkkiz mini ötüb keçib ki, bu da öz növbəsində peşəkar sürücülərə tələbatı əhəmiyyətli dərəcədə artırıb", - A.Rzayev əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.