Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı - Markov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağda Ermənistanın işğal etdiyi üç növ ərazi var.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
"Bu ərazilərdən birincisi ermənilərin yaşadığı ərazilərdir. Bura misal olaraq məsələn, Xankəndini, bir sıra başqa yaşayış məntəqələrini göstərmək olar. Bu kimi ərazilərdə hansısa formada normala yaxın bir yaşayış olub.
İkinci növ ərazi azərbaycanlıların yaşadıqları və etnik təmizləməyə məruz qalmış, boşalmış ərazilərdir. Ermənistan bu ərazilərdən Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün istifadə etmək istəyirdi. Dağlıq Qarabağdan kənarda olan bu əraziləri müstəqilliyin tanınmasına dəyişmək istəyirdi.
İkinci Qarabağ müharibəsində bu əraziləri Azərbaycan Ordusu azad etdi, indi onların normal rekultivasiyası, minalardan təmizlənməsi, infrastrukturun yaradılması prosesi gedir".
Ekspertin sözlərinə görə, Rusiyada və ümumən dünyada çoxları Qarabağın yalnız ermənilərin yaşadığı ərazilərdən ibarət olduğunu düşünürdü:
"Onlar heç bilmirdilər ki, burada iki növ ərazi var. Digər, ikinci növ ərazilər həqiqətən nəhəng ərazilərdir, məsələn, bütün Ağdam. Burada hər şey dağıdılmışdı, şəhər məhv edilmişdi.
İndi məlum olur ki, Qarabağda hələ üçüncü tip ərazilər də var. Bunlar vaxtilə azərbaycanlıların yaşadığı, etnik təmizlənməyə məruz qalan, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasına aidiyyəti olmayan, Ermənistan ərazisinə, Ermənistanın sərhədinə bitişik ərazilərdir. Erməni işğalından xeyli vaxt ötdüyünə görə bu ərazilərdə yavaş-yavaş inkişaf müşahidə olunurdu. Orada köməkçi tikililər meydana çıxıb, məsələn, bəzi tikinti materialları hasil olunur, kənd təsərrüfatı strukturu, müvafiq olaraq, inək tövlələri, bəzi kiçik yaşayış məntəqələri və s. bu şəkildə inkişaf etdirilib. Orada kifayət qədər böyük ərazilər var və indi Ermənistan tərəfi bütün bunları təhvil verməlidir", - deyə Markov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





