PKK Ermənistana dəstək olduğunu etiraf etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə tərəfindən axtarışda olan terrorçu Layika Gültekin (kod adı Beritan Dersim) PKK-nın Ermənistanı dəstəklədiyini etiraf edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə terror təşkilatının yayım orqanlarına açıqlamasında bildirib.
"Bizim tükəndiyimizi deyirlər. PKK üçün heç nə bitməyib. Qarabağadək gedib ermənilərə azadlıq veririk. Erməni xalqı istədiyi halda biz onların yanlarında olacağıq".
.png)
Qeyd edək ki, L. Gültekin PKK-nın qadın quruluşu "YSA Star"ın əsas üzvlərindən biridir. Türkiyə Daxili işlər Nazirliyinin axtarışa verdiyi terrorçuların siyahısındadır.
Xatırladaq ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları uğrunda gedən 44 günlük müharibədə Ermənistanın Azərbaycana qarşı silahlı muzdlulardan, xüsusilə də PKK yaraqlılarından istifadə etdiyi dəfələrlə bəyan olunub.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində də ermənilərin PKK ilə işbirliyində olduğunu qeyd etmişdi:
"Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu (out of picture) deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır".
Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar", - deyə açıqlama vermişdi.
H. Hacıyev daha sonra açıqlama yayaraq qeyd etmişdi ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:
.jpg)
"Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi forması geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.
1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq".
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən isə PKK-PYD-YPG üzvləri barəsində cinayət işi başlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
XƏBƏR LENTİ
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir





