Ermənistan

İranın birinci vitse-prezidenti İrəvandadır

1 Oktyabr 2024 09:57
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif oktyabrın 1-də İrəvana səfərə gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Tasnim" informasiya agentliyi yayıb.

Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.

M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək.

Birinci vitse-prezident səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcək, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.

Səfər bir gün sürəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.