Ermənistan

Bu görüşdə Bakı və İrəvan arasında öhdəliklərin yazılı təsdiq olunacağı gözlənilir - Ermənistan XİN

6 May 2024 17:57
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almatı görüşündə Bakı və İrəvan arasında öhdəliklərin yazılı təsdiq olunacağı gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin, qeyd olunub ki, görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.