Ermənistan

Ermənistan MN aksiyadakı hərbi formalı şəxslərin kimliyini araşdırır

27 Aprel 2024 10:31
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Xeyrımlı (Kirants) kəndində aksiya iştirakçılarına qoşulan bir qrup hərbi formalı şəxsin kimliyini araşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin siyasi proseslərə cəlb edilməsi cəhdlərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Xeyrımlıda keçirilən aksiyaya müqavilə əsasında xidmət edən hərbçilərin qoşulduğu barədə məlumat yayılıb.

Onu da xatırladaq ki, Ermənistanda bir neçə gündür Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir. Aksiya zamanı sakinlər bir neçə avtomobil yolunu bağlayıb. Etirazçılar arasında saxlanılanlar var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.