Ermənistan

KİV: Paşinyan Ermənistanda Rusiyanı nüfuzdan salmağı əmr edib

25 Oktyabr 2023 13:09
Baxış: 2 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanı nüfuzdan salmağı əmr edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Joğovurd" nəşri yazıb.

Nəşrin sözlərinə görə, bir aylıq fasilədən sonra hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvləri Paşinyanın rəhbərliyi ilə kollegiya iclası keçirib. İclas zamanı Paşinyan və partiya üzvlərinin əsas müzakirə etdiyi məsələ hakimiyyətin qorunub saxlanması olub.

Ermənistan hökumətinin rəhbəri iclasda partiya yoldaşlarına deyib ki, ruslar onun əlindən hakimiyyəti almaq istəyir, bu səbəbdən hakimiyyəti saxlamaq üçün sərt və dəqiq addımlar atılmalıdır.

Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb.

Nəşr onu da əlavə edib ki, Paşinyan, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün resurslardan istifadə etməyi və anti-Rusiya tezislərinin istənilən platformada təbliğini əmr edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.