Vardanyan hələ belə təhqir edilməmişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya vətəndaşlığından imtina edərək Qarabağda məskunlaşan iş adamı Ruben Vardanyanı BBC-nin efirində sözün əsl mənasında təhqir edib, aşağılayıblar. Separatçıların nümayəndəsi, "dövlət naziri" dünyaca məşhur bu media strukturu ilə müsahibəyə dəvət ediləndə elə düşünürdü ki, əsas məsələ Laçın dəhlizi ətrafında yaşananlar olacaq. Lakin arzusu ürəyində qalıb. Jurnalist faktiki olaraq hər sualında onun Rusiyanın layihəsi olduğunu, prezident Vladimir Putinə yaxın oliqarxlar şəbəkəsinə daxil olduğuna eyham vurması Vardanyanı qəzəbləndirib. Hətta onu çirkli pulların yuyulmasında da əli olduğunu billdiriblər. Vardanyanın bütün müsahibə boyu ünvanlanan suallardan yayınmağa çalışması da diqqət yayınmayıb.

Beləliklə, BBC-nin "Hard Talk" verilişində keçmiş separatçı rejimin "naziri" vəzifəsini daşıyan bu şəxslə jurnalistin debatı qarşılıqlı ittihamlar üzərində qurulub. Ənənəsinə sadiq qalaraq faktları təhrif edən Vardanyan əvvəlcə minillər ərzində Qarabağda yaşadıqlarını iddia etməyə çalışıb. Lakin jurnalist Stefen Saçkur buna etinasız qalıb. Ardınca da Ruben Vardanyan onu manipulyasiya etməkdə, yalan məlumatlara üstünlük verdiyini iddia edib. Bu suallar isə nədən ibarətdir? Jurnalist onu Rusiya prezidenti Vladimir Putinin adamı olduğunu, məhz orada milyonlar qazanaraq bura gəldiyini dedikdə, Vardanyan bundan qəzəblənərək, onu yalan danışmaqda günahlandırıb. Onun Putinin nəzarəti altında olan oliqarxlar şəbəkəsinə daxil olduğunu təkzib etməyə çalışıb. Separatçıların nümayəndəsi sərt suallar qarşısında aciz qalıb və ünvanlanan sualları başqa səmtə yönəltməyə çalışıb. BBC-nin əməkdaşı Azərbaycanın Qarabağda qələbəsinin tarixi adlandırması isə Vardanyanı lap əsəbiləşdirib.
Jurnalistin dəfələrlə "Ermənistan hətta Qarabağdan imtina edib" sualına cavab olaraq isə jurnalisti anlaqsız olmaqda ittiham edib. BBC əməkdaşının ən sərt formada səsləndirdiyi ittiham isə Vardanyanın nə Qarabağda, nə də Ermənistanda müsbət qarşılanması ilə bağlı olub. Sualdan qəzəblənən Vardanyan övladının belə burada hərbi xidmətdə olduğunu iddia edib.
Yeri gəlmişkən, müsagibədə başqa bir maraqlı məqam ondan ibarətdir ki, Vardanyan bütün müsahibə boyu Ermənistanın artıq onlardan imtina etməsi barəsə sualdan yayınmağa çalışıb. Halbuki, nə Ermənistan cəmiyyətində, nə də Qarabağda onu sevmir, qəbul etmirlər. Erməni separatçıların lideri Araik Arutyunyanla onun arasında isə artıq problemlər yaşanır. Və baş nazir Nikol Paşinyan onun istefası məsələsini gündəmə gətirib.
Nəticə odur ki, müsahibə zamanı Vardanyanın ortaya qoyduğu mövqe bir daha onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olduğu, Paşinyana müxalif olduğunu sübut etdi. Jurnalistin müsahibəsinin erməni seqmentində doğurduğu ajiotaj isə şok olub. Belə ki, onlar BBC-nin təqdim etdiyi müsahibəni Azərbaycanın sifarişi ilə həyata keçirdiyini iddia etməyə çalışıblar.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı





