İrəvanda ölmüş erməni hərbçilərin analarına divan tutuldu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın birinci ongünlyündə Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatdan xeyli müddət keçsə də, rəsmi İrəvan hələ də ölən hərbçilərinin siyahısını açıqlamayıb. Hətta hakimiyyət cəmiyyətdə bununla bağlı etirazlara belə reaksiya vermir. Bəs görəsən, erməni hakimiyyəti bu addımı atmağa niyə tələsmir? Səbəb isə budur ki, bununla itkilərin miqyasını gizlətməyə, cəmiyyətin hazırlanması üçün vaxt udmağa çalışılır.
Özü də maraqlısı odur ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədə də belə bir addım atmadı. Ölənlərin tam siyahısını açıqlamadı. Bu səbəbdən də Ermənistanda nə qədər hərbçinin məhv edildiyi barədə dəqiq məlumat yoxdur. Lakin Ermənistan vətəndaşlarının deyəsən, səbir kasası daşıb. Bu səbədən də ölən erməni hərbçilərinin yaxınları küçələrə çıxıb etirazlarını bildiriblər. Onlar qəzəblərini Ermənistan bayrağını, əklilləri yerə atmaqda, qırmaqda görüblər. Həlak olan hərbçilərin qohumları və valideynləri "Erablur" hərbi panteonundakı xatirə abidəsi önünə hakimiyyət orqanları tərəfindən qoyulmuş bütün əklilləri otlar üzərinə qoyublar.
Ölən hərbçilərin yaxınlarını hərbi panteonun ərazisindən zorla çıxaran polisin davranışı valideynlər tərəfindən qəzəblə qarşılanıb. Nəticədə 30 nəfər polis idarəsinə aparılıb. "Əgər bu əxlaqsızlar ölü anaları ilə belə rəftar etməyə icazə verirlərsə, onların çələngləri burada olmamalıdır. Onlar xəstəni belə vururlar" deyə adamlardan biri qışqırır, ikincisi isə çələnglərdən bayraqları ehtiyatla qoparır.
Ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın müstəqillik gününə təsadüf edən ənənəvi səfərinə yenə mane olmağa çalışıblar. Onlar baş nazirin ora daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda xidmət etmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin bu dəfə də qəzəbinə səbəb baş nazirin bəzi açıqlamaları olub. Nəticədə, baş nazir buna baxmayaraq panteonun ərazisinə sərbəst daxil ola bilib.
Sözsüz ki, ermənilərin özündən çıxaran başqa bir səbəb də var. Necə olur ki, Azərbaycan analoji siyahını dərc edir, Ermənistan isə yox. Ermənistandan fərqli olaraq Azərbaycan hakimiyyəti cəmiyyətlə açıq, şəffaf, dürüst kommunikasiya siyasəti aparır. Şəhidlərin hamısının adları rəsmi qaydada açıqlanıb, şəhid ailələri, müharibə veteranları birbaşa Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. Onların sosial müdafiəsi üçün tədbirlər davam etdirilir. Bunun müqabilində isə rəsmi İrəvan sadəcə susmağa üstünlük verir.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





