Dünya

Dünyəvi təhsil istəyənlər tutuldular

20 Dekabr 2014 20:10
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ankara şəhərində dünyəvi təhsillə bağlı keçirilən mitinqdlə yüzdən çox nümayişçi saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, nümayiş təhsil işçilərinin həmkarlar ittifaqı tərəfindən "Dünyəvi təhsil və əməyə hörmət" şüarı altında təşkil olunub. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. 

"Yatağan" meydanı yaxınlığında başlayan etiraz nümayişi şəhər strukturları ilə razılaşdırılmadığından, "Kızılay" meydanına doğru yürüş etmək istəyən kütlənin yürüşü davam etdirilməsinə imkan yaradılmayıb.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası dini ekstremizm ilə mübarizədə dini təhsilin vacib olduğunu iddia edir. Qeyd edək ki, Türkiyədə dini etika fənninin dərs proqramına əlavə olunmasının əleyhinə, əsasən, Cümhuriyyət Xalq Partiyası çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.