Dünya

Dövlət Departamentinin 2300 əməkdaşı işdən çıxarıla bilər

29 Aprel 2017 10:29
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentinin 2300 əməkdaşının ixtisara salınması təklifi ilə çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dövlət katibi bunu büdcənin optimallaşdırılması ilə əsaslandırıb.
 
Məlum olub ki, 2300 əməkdaşın işdən çıxarılması ABŞ xarici siyasət idarəsinin büdcəsinə 26 faiz qənaət olunması deməkdir.
 
Tillersonun təklifində xidmətə yeni qəbul olunmuş diplomatların ixtisar olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 2018-ci il üçün təklif etdiyi büdcə layihəsində Dövlət Departamentinin xərclərinin 28 faiz azaldılması, Müdafiə Nazirliyinin xərclərinin isə 10 faiz artırılması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.