Dünya

Peterburq metrosundakı partlayış: “İmam Şamilin batalyonu” etiraf etdi

25 Aprel 2017 21:42
3 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 3-də Rusiyanın Sankt Peterburq şəhərinin metropolitenində törədilən terror aktına görə məsuliyyəti "Əl Qaidə" terror təşkilatı ilə əlaqəli qruplaşma öz üzərinə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən "SITE Intelligence Group" təşkilatı məlumat yayıb.
 
Məlumata görə, terror aktına görə məsuliyyəti öz üzərinə "İmam Şamilin batalyonu" qruplaşması götürüb.  Qruplaşmanın iddiasına əsasən, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən "Əl Qaidə"nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.
 
Xatırladaq ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.