Dünya

Təyyarə limana enən kimi alışdı - VİDEO - FOTO

29 Mart 2017 10:27
0 Şərh     Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Perunun "Peruvian Airlines" aviaşirkətinin Boeing 737-300 sərnişin təyyarəsi Hauha şəhərindəki Fransisko Karle hava limanına enərkən alışıb.

Milli.Az ABC News-a istinadən bildirir ki, insident yerli vaxtla 16.30 radələrində baş verib. Təyyarədə 141 sərnişin vardı. Təyyarə yanmağa başlayandan sonra sərnişinlərin hamısı təxiyə olunub.

Biri uşaq olmaqla 26 nəfər xəsarət alıb, bir nəfər hospitala aparılıb.

Hava limanı müvəqqəti olaraq bağlanıb. Perunun Nəqliyyat və Rabitə Nazirliyiindən verilən məlumata görə, təyyarə səmada olarkən yanğın başlanıb və pilotlar layneri təcili yerə endiriblər.

Yanğının səbəbləri müəyyənləşdirilir.

Hauha şəhərinin yerləşdiyi Hunin bölgəsinin polis rəisi general Xose Kuevin dediyinə görə, insidentin səbəbi təyyarənin şassilərindəki texniki nasazlıq olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təyyarə limana enən kimi alışdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.